Birləşdikdən sonra nazirliklərin bir hissəsinin yeni adı olacaq
Birləşdikdən sonra nazirliklərin bir hissəsinin yeni adı olacaq
Hökümətin struktur dəyişiklikləri haqqında qanunvericilik paketi Parlametə bu gün təqdim olunacaq,- bu haqda jurnalistlərə hökümətin Parlament katibi Natia  Mikeladze bəyan etdi.

Onun dediyinə əsasən, qanunvercilik dəyişikliklər paketində 150 qanun-layihə yer alır.

Mikeladzenin izah etdiyinə görə, dəyişikliklər bu gün qeydiyyatdan keçəcək və müzakirə bazar ertəsindən, 2 iyul tarixindən başlayacaq.

“Başqa dəyişikliklər gözləməməliyik,adlara gəldikdə isə, penitensiar müəssisələr nazirliyi ədliyyə nazirliyi ilə birləşəcək və ədliyyə nazirliyinin adı dəyişməyəcək.

Məcburi köçkünlər Nazirliyi Səhiyyə Nazirliyinə aid olacaq və onun adı işğal olunmuş ərazilərdən məcburi köçən şəxslər, əmək, sağlamlıq və sosial qorunnma nazirliyi olacaq”, -Mikeladze bildirdi.

Struktur dəyişikliklərə əsasən, nazirliklərin sayı 14-dən 11-ə qədər azalır. Hökümət strukturunda 10 nazirlik və bir dövlət aparatı qalacaq.