Birinci Kanalın yeni "Qərar" layihəsi
Birinci Kanalın yeni "Qərar" layihəsi

 
“Qərar” – Gürcüstanın Birinci Kanalının yeni mövsümdən ictimaiyyətə təqdim edəcəyi yeni layihə belə adlanır.

Layihə təhsil sistemində cari dəyişikliklərin geniş müzakirəsini nəzərdə tutur. Proqramda bütün tərəflər – müəllimlər, valideynlər, Təhsil Nazirliyi, təhsil ekspertləri təmsil olunacaq, cari məsələləri müzakirə edəcək və qərar qəbul edən şəxslərlə öz fikirlərini bölüşəcəklər.

Layihə çərçivəsində artıq Qurcaani texnoparkında Kaxeti bölgəsinin müəllimləri ilə görüş keçirilib. Görüşlər ölkə miqyasında davam edəcək və proqramda müzakirə olunan məsələlərin obyektiv müzakirəsi və ictimai qiymətləndirilməsi üçün azad və açıq platformaya çevriləcək.