Birinci Kanalın yeni binası Politkovskaya küçəsində tikiləcək
Birinci Kanalın yeni binası Politkovskaya küçəsində tikiləcək

Yeni binanın tikilməsi üçün, Birinci Kanala Politkovskaya küçəsində yer sahəsi veriləcək.

İctimai Yayımçının qəyyumlar şurası və menecmenti İqtisadiyyat Nazirliyinə, kanalın yeni binasının tikilməsi üçün yeni torpaq sahəsinin verilməsi üçün müraciət etdilər.

İqtisadiyyat Nazirliyi isə, Birinci Kanala Politkovskaya küçəsində iki hektarlıq yer sahəsi təklif etdi.

İqtisadiyyat Nazirliyinin bu təklifini qəyyumlar şurasının 9 üzvü qəbul etdi, iki nəfəri isə, fikir bildirməkdən baş qaçırtdı.

Politkovskaya küçəsində Birinki Kanalın binası təqribən üç ilə, müsabiqədə qalib gələn layihə ilə tikiləcək.

Birinci Kanalın Kostava küçəsindəki binası isə, satılacaq və ondan qalan məbləğ yeni binanın inşaatı və texniki avadanlığı üçün xərclənəcək.

“Yeni ultra-müasir texnikalarla təchiz edilmiş yeni binamız olacaq və buna çox da böyük xərclər gərəkməyəcək” – dedi qəyyumlar şurasının üzvlərindən biri olan Gia Nijaradze.