Birinci Kanalın və Dövlət Dili Departamentinin nümayəndələri danışıq dilinin təkmilləşdirilməsi ilə əlaqədar görüş keçiriblər
Gürcüstanın Birinci Kanalının və Dövlət Dili Departamentinin nümayəndələri bu gün danışıq dilinin təkmilləşdirilməsi ilə əlaqədar ilk görüş keçiriblər.
Görüş mediada yer alan tipik səhvləri və barbarizmləri gürcü ekvivalentləri ilə əvəz etmək və gürcü dilini daha da populyarlaşdırmaq məqsədini daşıyır.
Görüşdə kanalın rəhbərliyi Dövlət Dili Departamentinin nümayəndələri ilə birlikdə müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlər planlaşdırıb.
Bu məsələ ilə əlaqədar Birinci Kanalla Dövlət Dili Departamenti arasında memorandumun imzalanması planlaşdırılır.
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili görüşdə xüsusilə media məkanında və İctimai Yayımçının bütün platformalarında gürcü dilinin qorunmasının nə qədər vacib olduğunu müzakirə etdiklərini bildirib.
“Bütün bunların, xüsusən də yeni nəsil üçün necə cəlbedici ola bilməsi ilə əlaqədar forma və üsullardan danışdıq. Biz artıq yayılmış terminləri dəyişdirməyə başlamırıq, lakin dilə zərər verə biləcək səhv formalar mütləq diqqətə alınacaqdır. Bütün bunları, xüsusən də sosial şəbəkələrdə, eləcə də “Teleməktəb” kanalında yeni nəslə müvafiq formada çatdırmaq vacibdir və məhz bu işə başlayırıq” – deyə Tinatin Berdzenişvili bildirib.
Birinci Kanalın Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze müasir qloballaşma şəraitində bütün dünyada dilin zənginləşməsi prosesinin getdiyini bildirir; Eyni zamanda, müəyyən dərəcədə dil kirlənmək təhlükəsi ilə üz-üzədir.
“Bu səbəbdən biz bu məsələni tədricən, maksimal şəkildə , lakin çox yumşaq şəkildə qaydasına salmalıyıq və burada hansısa cəzanın tətbiqi nəzərdə tutulmur. İctimai Yayımçı bu sağlam prosesi təbliğ etməyə borcludur. Əminəm ki, tədricən, əzmkarlıqla, yaxşı nəticələr əldə edəcəyik. Birinci Kanalın və Dil Palatasının təşəbbüsünü alqışlayıram” – deyə Vasil Mağlaperidze bildirib.
Birinci Kanalın Qəyyumlar Şurasının üzvü Qia Murğulia görüşdə çox maraqlı təkliflər səsləndiyini bildirib.
“Məsələn, biz tipik səhvlərin müəyyən siyahısını görməliyik. Nə səhvlər edirik, gürcü dili qarşısında harada günah edirik, nəyi düzəltmək olar. Bəzi sözlər bu gün o qədər köklü şəkildə yayılıb ki, praktiki olaraq gürcüləşib, qulağı qıcıqlandırmır və gürcü dilini təhqir etmir. Bu da nəzərə alınmalıdır , lakin idmanda, mədəniyyətdə, sosial sahədə yeni terminlər daxil edilir, bunun gürcü ekvivalentləri ya mövcuddur, ya da yaradıla bilər, necə ki, atalarımız vaxtilə belə ekvivalentlər yaradırdılar. Bu, yaxşı görüş oldu və yaxşı nəticələr verəcək” – deyə Qia Murğulia bildirib.
Dövlət Dili Departamentinin sədri Qiorqi Alibeqaşvili qeyd edib ki, dövlət dilinə qayğı göstərilməlidir, bu istiqamətdə himayəçilik və media mühüm rol oynayır.
“Elə məsələlər var ki, yığılıb qalıb və bu, bir çox istiqamətlərdə özünü göstərir – istər siyasətçi, istər jurnalist, istərsə də adi verilişin iştirakçısı; Təbii ki, buna, müəyyən formada qeyri-təzyiq, lakin nümunə göstərmək lazım gələcək və əgər Birinci Yayımçılıq Kanalı gürcü dilində yaxşı danışmağın prestijli olması üçün başqalarına nümunə olarsa, biz şad olarıq. Gələcək memorandumumuz məhz buna həsr olunacaq. Prosesdə iştirak etməkdən məmnunam. Hesab edirəm ki, əhali də öz fəal mövqeyini ifadə edəcək” -deyə Qiorqi Alibeqaşvili bildirib.