Birinci Kanalın rəhbərliyi Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Müşahidə Missiyasının nümayəndələri ilə görüş keçirib
Birinci Kanalın rəhbərliyi ilə Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Müşahidə Missiyasının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili, Yeni və Cari Xəbərlər Blokunun direktoru Qiorqi Qvimradze, Yeni Xəbərlər və İctimai-siyasi verilişlərin baş prodüseri Eka Şonia, Hüquq Xidmətinin rəhbəri Elene Mixailova, IRI-ın uzunmüddətli müşahidəçiləri Maia Milikiç və Nazik İmanbekova iştirak edirdi.
Görüş 2024-cü ilin parlament seçkilərinin işıqlandırılması və seçki mühiti ilə bağlı idi.