Birinci Kanalın çəkiliş qrupu Türkiyədə - fəlakət zonasında vəziyyət necədir [foto]
Birinci Kanalın çəkiliş qrupu Türkiyədə - fəlakət zonasında vəziyyət necədir [foto]

 

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu Türkiyədə zəlzələ ilə əlaqədar xilasetmə əməliyyatlarının davam etdiyi fəlakət zonasındadır. Nodar Çaçua, Qiorqi Kikvadze, İrakli Qedenidze və Paata Qotsadze fəlakət bölgəsində işləyir.

Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549-a yüksəlib, ölkənin on vilayətində yaralananların sayı isə 21 103 nəfərdir.

Bununla yanaşı, iki Gürcüstan vətəndaşının da ölümü rəsmi olaraq təsdiqlənib.

Eyni zamanda, Gürcüstanın səfiri Qiorqi Cancğava Türkiyədə 6 Gürcüstan vətəndaşının axtarış işlərinin davam etdiyinə dair məlumat verib.