Birinci Kanalın çəkiliş qrupu təbii fəlakət bölgəsində fəaliyyətini davam etdirir - Türkiyənin Adıyaman vilayətində vəziyyət [foto]
Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu Türkiyədə xilasetmə və təmizləmə tədbirlərinin davam etdiyi fəlakət zonasındadır. Nodar Çaçua, Qiorqi Kikvadze, İrakli Qedenidze və Paata Qotsadze Adıyaman vilayətində işləyirlər.
Bununla yanaşı, xilasetmə tədbirlərinə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri də qoşulub.
Son məlumatlara görə, güclü zəlzələ nəticəsində Türkiyədə 8574 nəfər həlak olub, on vilayətdə yaralananların sayı 50 mini ötür.
Gürcüstanın Xarici İşlər Nazirliyi quruma Türkiyədə baş vermiş zəlzələ nəticəsində üçüncü Gürcüstan vətəndaşının həlak olması barədə məlumat daxil olduğunu açıqlayıb.