Birinci Kanalın bəyanatı
Birinci Kanalın bəyanatı

Birinci Kanal “Facebook” sosial şəbəkəsində yayılan və üzərində İctimai Yayımçının köhnə loqosunun əks olunduğu saxta reklam materialı ilə bağlı açıqlama yayıb.

Nəzərinizə çatdırırıq ki, qeyd olunan materialın İctimai Yayımçı ilə heç bir əlaqəsi yoxdur, loqo müəllif hüquqlarının pozulması ilə əldə edilib və istifadə olunub.

Biz Gürcüstanın Birinci Kanalı adından yalan və/yaxud yanlış məlumatların və ya reklamların yayılmasını qəti şəkildə qəbul etmirik. Yayımçı böyük məsuliyyət daşıyır və bütün platformalarında yalnız təsdiqlənmiş və etibarlı məlumatları yerləşdirir.

Müvafiq olaraq, bütün maraqlanan şəxslərdən xahiş edirik məlumatı kanalın 1tv.ge rəsmi saytında yoxlayın.