Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili danimarkalı jurnalistlərlə görüşüb
Danimarkadan olan jurnalistlər İctimai Yayımçıda qonaq olublar, onlar Gürcüstana təhsil məqsədli səfərə gəliblər. Danimarkalı jurnalistlərlə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili görüşüb.
Danimarkalı jurnalistlər Gürcüstanın İctimai Yayımçısına baxış keçiriblər, onun iş prinsipləri ilə tanış olublar, Gürcüstanda konstruktiv xəbər yanaşmasının necə tətbiq olunması ilə maraqlanıblar.
İctimai Yayımçının rəhbər tutduğu konstruktiv jurnalistika prinsipləri Qərbi Avropa ölkələrində yeni bir istiqamətdir və bu yaxınlarda formalaşıb.
“Biz uzun müddətdir ki, konstruktiv jurnalistikadan, onun demokratik dövlət quruculuğunda əhəmiyyətindən danışırıq. Qərbi Avropada Konstruktiv Jurnalistika İnstitutu Danimarkada Ulrik Haaqerup tərəfindən təsis edildi. Bu jurnalistika üslubu artıq real olaraq hər bir nyusrumda tətbiq olunur və hamımızı maraqlandıran suallara cavab verir. Avropa Yayımçılar İttifaqının dəstəyi ilə jurnalistlərin yenidən hazırlanması layihəsi davam edəcək, belə ki, İctimai Yayımçı demokratiyanın təməl daşıdır və bu istiqamət də demokratiyaya doğru irəliliyişə xidmət edir”, – deyə bildirib Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili.