Birinci kanalda Gürcüstan millisinin əfsanələri ilə “Milan” arasında qarşılaşma #1TVSPORT
Birinci kanalda Gürcüstan millisinin əfsanələri ilə “Milan” arasında qarşılaşma #1TVSPORT

Bu gün Gürcüstanın veteran komandası “Milan”ın əfsanələri ilə qarşılaşacaq. Qarşılaşmanın təşkilatçıları Tbilisi meriyası və Gürcüstan Futbol Federasiyasıdır və birinci kanal saat 19:00-da Mixail Mesxi adına stadiondan matçdan canlı reportaj təqdim edəcək.

Sentyabrın 20-də “Milan” əfsanələrinin böyük bir qrupu Tbilisiyə gəlib. Bundan əvvəl qonaq komandanın bir neçə üzvü Gürcüstanda olub. Gürcüstan millisi də sentyabrın 20-də ev sahibi stadionda son məşqinə çıxıb.

Gürcüstan milli komandasının əfsanələri:

Giorgi Lomaya, Nukri Revişvili, Nikoloz Çxeidze, Laşa Salukvadze, Giorgi Navalovski, Kaxa Tsxadadze, Kaxa Kaladze, Murtaz Şelia, Aleko Amisulaşvili, Davit Kvirkvelia, Zurab Xizanişvili, Giorgi Levanişvili, Giorgi Devanskiadze, Jano Ananidze, Aleksandre Kobaxidze . Kavelaşvili, Mixeil Ashvetia.

Baş məşqçi: Temur Ketsbaya

“Milan”ın əfsanələri:

Dida, Valerio Fiori, Massimo Odo, Kafu, Alessandro Kostakurta, Luka Antonini, Roke Junior, Kristian Panuççi, Kristian Zakkardo, Massimo Ambrosini, Serxio, Ancelo Karbon, Rikkardo Montolivo, Klarens Zeedorf, Kristian Brok, Marko Borriello, Rivaldo.

Məşqçi: İbrahim Ba

Matçın biletləri TKT.GE portalında satılır, biletlərin qiyməti 10, 30 və 50 laridir. Hər bir müştəri görüşdə iştirak etmək üçün maksimum iki bilet ala bilər.