Birinci Kanal Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və Türkiyənin İctimai Yayımçısının əməkdaşlarına başsağlığı verir
Birinci Kanal Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və Türkiyənin İctimai Yayımçısının əməkdaşlarına başsağlığı verir

 
Gürcüstanın Birinci Kanalı qonşu ölkə, Türkiyədə baş vermiş zəlzələnin faciəvi nəticələrindən dolayı dərin məyusluq hissi keçirdiyini ifadə edərək, həlak olanların ailələrinə başsağlığı verir.

Gürcüstanın Birinci Kanalı öz həmkarlarına, Türkiyənin İctimai Televiziyasının TRT-nin əməkdaşlarına başsağlığı məktubu göndərərək dəstəyini bildirir və faciə səbəbilə məyusluğunu ifadə edir.

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu tamaşaçılara təbii fəlakətin fəsadları və xilasetmə əməliyyatları haqqında ən son məlumatları çatdırmaq üçün Türkiyəyə, fəlakət zonasına yollanıb.