Birinci Kanal tərəfindən “Avropa perspektivi” layihəsi çərçivəsində yeni xəbərlərin mübadiləsi bu gündən başlayıb
Birinci Kanal tərəfindən “Avropa perspektivi” layihəsi çərçivəsində yeni xəbərlərin mübadiləsi bu gündən başlayıb

 

Birinci Kanal tərəfindən “Avropa perspektivi” layihəsi çərçivəsində yeni xəbərlərin onlayn mübadiləsi bu gündən başlayıb. 2022-ci ilin sentyabrında edilən müraciət nəticəsində Gürcüstanın Birinci Kanalı mart ayında rəsmi olaraq layihənin bir hissəsinə çevrilib.

“Avropa perspektivi” Avropa Yayım İttifaqının (EBU) təşəbbüsü ilə həyata keçirilən və Avropanın müxtəlif ölkələrindən olan jurnalistlərin bir məqsəd – rəngarəng, mədəniyyətlərarası məhsul yaratmaq və Avropanın ictimai yayımçıları tərəfindən yaradılmış etibarlı və yoxlanılmış onlayn yeni xəbərləri ictimaiyyətə daha əlçatan etmək üçün birgə işlədiyi birləşmiş Avropa şəbəkəsi xəbər otağının yaradılmasını nəzərdə tutan layihədir.

Sloveniya (RTV), Belçika (RTBF), Estoniya (ERR), Finlandiya (Yle), Fransa (France Télévisions), Almaniya (BR-ARD), İrlandiya (RTÉ), İtaliya – ( Eurovision İtaly ), Latviya (LSM.lv), Litva (LRT), Portuqaliya (RTP), İspaniya (RTVE), İsveç (SR), İsveçrə (SWI swissinfo.ch), Çexiya (ČT), eləcə də Fransa- Alman yayımçısı ARTE, Danimarka Konstruktiv Xəbərlər İnstitutu və France Presse (AFP) “Avropa Perspektivi”nin üzvləridirlər.

“Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. Məhz bu gün Avropanın 15 ölkəsindən 18 xəbər otağının “Avropa perspektivi” layihəsi çərçivəsində onlayn xəbər mübadiləsinə başlaması rəmzidir. Bu, ictimaiyyəti Avropa miqyasında etibarlı və yoxlanılmış xəbərlərlə təmin etmək mənasına gəlir. Ölkənin İctimai Yayımçısı olaraq komitənin qərarı ilə Birinci Kanalın bu irimiqyaslı layihənin tanınmış və etibarlı tərəfdaşına çevrilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir ” -deyə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili açıqlayır.

“Avropa perspektivi” layihəsi çərçivəsində xəbərlər süni intellekt vasitəsilə layihədə iştirak edən ölkələrin dilinə tərcümə olunur və insan resurslarının minimal iştirakını tələb edir. Bu gündən etibarən İctimai Yayımçının 1tv.ge onlayn platformasında Avropanın 15 ölkəsinin 18-dək xəbər otağının xəbərləri gürcü dilində əlçatan olacaq. İctimai Yayımçının onlayn platformasından xəbərlər “Avropa perspektivi” layihəsində iştirak edən bütün ölkələrin yayımçılarının veb-portallarında yerləşdiriləcək.