Birinci Kanal məşhur gürcü onlayn oyununun "Sadə Məntiq"in yeni versiyasını buraxıb

 

Birinci Kanal məşhur gürcü onlayn oyununun “Sadə Məntiq”in yeni versiyasını buraxıb. “Sadə Məntiq”in yeni versiyası oyun sənayesində mövcud müasir tendensiyalar nəzərə alınmaqla yaradılıb. Aplikasiya daha minimalist olub, yeni funksiyalar əlavə edilib, interfeys dəyişdirilib, oyun qaydaları bir qədər dəyişdirilib, lakin prinsip – iki fotoşəkil arasında məntiqi əlaqə tapmaq – dəyişməz qalıb.

“Rəqəmsal platformaların inkişafı Birinci Kanal üçün prioritetdir. Bu, bir tərəfdən gənc auditoriyanın iştirakını artırır, digər tərəfdən isə müasir medianın çağırışlarına cavabdır. “Sadə Məntiq” məntiqi təfəkkür, zehni cəldlik tələb edən və gürcü dilinin təbliğinə kömək edən görkəmli gürcü onlayn oyunudur. İnanırıq ki, oyunun yeni versiyası istifadəçinin gözləntilərini doğruldacaq” – deyə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili bildirib.

“Sadə Məntiq” proqramı özlüyündə əyləncəni nəzərdə tutan bir oyundur, lakin bu, sadəcə oyun deyil. Sualların müxtəlifliyi idrak xarakteri daşıyır. Fotoşəkillər arasında əlaqə tapmaq məntiqi təfəkkürün və yaradıcılığın inkişafına kömək edir. Həmçinin bu proqramın köməyi ilə gürcü dilini öyrənmək hər kəs üçün daha əyləncəli və maraqlı olur.

“Sadə Məntiq”in yeni aplikasiyasında əsas cazibə qorunub saxlanılıb – canlı rejimdə eyni vaxtda bütün istifadəçilər üçün əlçatan olacaq uduş tirajı. Oyunu ən tez bağlayan və reytinqin ilk onluğuna daxil olan ən yaxşı oyunçular müxtəlif həvəsləndirici mükafatlar alacaqlar. Oyunun birinci mərhələsində oyunçular oyunun prinsipləri və turdan-tura keçməyə kömək edəcək bütün köməkçi vasitələrlə tanış olmaq imkanı əldə edəcəklər. Sözügedən turdan sonra isə əvvəlcədən elan edilmiş tarixə uyğun olaraq mükafat oyunu açılacaq.

Oyunun yeni versiyası həm Android, həm də iOS istifadəçiləri üçün əlçatandır.

“Sadə Məntiq” aplikasiyasının ilk versiyasının auditoriyası təxminən milyon yarımı ötdüyünə görə hələ də arzu edənlər üçün əlçatandır.