Birinci Kanal 2024-cü ilin futbol üzrə Avropa çempionatı dövründə reklam vaxtının satışına dair hərrac elan edir
Birinci Kanal 2024-cü ilin futbol üzrə Avropa çempionatı dövründə reklam vaxtının satışına dair hərrac elan edir.
İctimai Yayımçı 2024-cü ilin futbol üzrə Avropa çempionatının oyunlarını ictimaiyyətə eksklüziv olaraq təqdim edəcək.
Gürcüstan milli komandasının Avropa çempionatında iştirakı ölkənin idman tarixində görünməmiş hadisədir.
Martın 26-da İctimai Yayımçının efirində Gürcüstan və Yunanıstan arasında keçirilən futbol matçının dəqiqədə orta hesabla 1 061 767 baxışı olub və bazar payının 60%-ni təşkil edib, bu da tele efirlə izləmənin tarixi göstəricisidir. 2024-cü ilin futbol üzrə Avropa çempionatının oyunlarının yayımı zamanı şirkətlər tərəfindən reklamın alınmasına böyük tələbat olmasından irəli gələrək, İctimai Yayımçı şəffaf və məsuliyyətli media olaraq hamı üçün bərabər imkanların təmin edilməsi məqsədilə qeyd olunan müddətdə reklam vaxtının satışına dair hərrac elan edir.
Hərracın təfərrüatları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
https://www.eauction.ge/Home/EntityAdminView/983070
https://www.eauction.ge/Home/EntityAdminView/983059
https://www.eauction.ge/Home/EntityAdminView/982680
https://www.eauction.ge/Home/EntityAdminView/982678
https://www.eauction.ge/Home/EntityAdminView/982673