Bir neçə siyasi partiya birgə bəyanat yayır - Biz öz mövqeyimizə sadiq qalırıq və saxtalaşdırılmış seçkiləri tanımırıq
Bir neçə siyasi partiya birgə bəyanat yayır - Biz öz mövqeyimizə sadiq qalırıq və saxtalaşdırılmış seçkiləri tanımırıq

Bir neçə siyasi partiya birgə bəyanat yayır, hansında deyilir ki, onlar öz mövqelərinə sadiq qalırlar və parlament seçkilərinin nəticələrini qəbul etmirlər.

“Parlamentə boykot edən siyasi partiyalar arasındaki fərqliliklərə baxmayaraq, bizim ümumi mövqeyimiz və tələblərimiz eynidir və saxtalaşdırılmış seçkilərin nəticələrini tanımırıq. Tələblərimiz siyasi məhbusların azad edilməsi, yeni seçki administrasiyası və seçki sistemi və seçki qaydalarının dəyişdirilməsidir.

Bəyanatı imzalayan partiyalar “Gürcü Arzusuna” müraciət edirik ki, dərhal danışıqlar masasına geri qayıtsınlar, çünki siyasi krizisdən çıxmanın tək yolu növbədənkənar seçkilərin təyin edilməsi və müxalifət tərəfindən sadalanan tələblərin yerinə yetirilməsidir” – deyilir müxalifətin bəyanatıda.

Bəyanatı “Lelo”, “Girçi”, “Avropa Gürcüstanı”, “Ağmaşenebli strategiyası”,  “Leyborist partiyası”, “Milli Hərəkat”, “Dövlət xalq üçün” və “Respublikalılar partiyası imzalayırlar.