Bir neçə müxalifətçi deputat Hüquq Məsələləri Komitəsinin iclasına daxil olmağı tələb edir
Bir neçə müxalifətçi deputat Hüquq Məsələləri Komitəsinin iclasına daxil olmağı tələb edir

 

Bir neçə müxalifətçi deputat Xatuna Samnidze, Tamar Kordzaia, Ani Tsitlidze və Paata Manjqaladze “Xalqın Gücü”nün qanun layihəsi ilə bağlı müzakirənin aparıldığı Hüquq Məsələləri Komitəsinin iclasına daxil olmağı tələb edirlər.

Müxalifətçi deputatlar parlamentin vitse-spikeri Levan İoselianiyə müraciət edərək, onların məsələsini iclasda səsləndirməsini xahiş ediblər.

Levan İoselianinin açıqladığı üzrə, deputatların iclasda iştirakı ilə bağlı komitənin sədri Anri Oxanaşvili ilə danışacaq.

Levan İoseliani müxalifətin bugünkü müzakirəyə qatılmasını və bu formatda öz mövqelərini bildirmək imkanının olmasını vacib hesab etdiyi üçün onların komitəyə buraxılması məsələsini qaldıracağını söyləyib. Bununla yanaşı, İoseliani dəyişikliklərlə bağlı mövqeyinin mənfi olduğunu bildirib. O, bildirib ki, milli maraqlara zidd olduğu üçün parlament bu qanun layihəsini qəbul etməməlidir.

Bununla başqa, bir neçə dəqiqə əvvəl Xatia Dekanoidze də
parlamentə gəlib və o, Gürcüstanda olmadığını və hava limanından iclasda iştirak etmək üçün gəldiyini qeyd edib. Mühafizə Xidmətinin nümayəndələri onun iclasa daxil olmasına icazə veriblər.

Bu gün Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin iclasında fiziki qarşıdurma baş verib. Komitənin sədri Anri Oxanaşvilinin səs-küyə görə bir neçə deputatı salondan çıxarmaq üçün mandatur xidmətinə çağırış etməsindən sonra fiziki qarşıdurma başlayıb.