Bir neçə müxalifət partiyasının ofislərində axtarış və Nika Qvaramiyanın həbsi
Bir neçə müxalifət partiyasının ofislərində axtarış və Nika Qvaramiyanın həbsi

Gürcüstanın Daxili İşlər Nazirliyi bir neçə siyasi təşkilatın ofisində axtarış aparır. “Milli Hərəkat” gənclər təşkilatının ofisində istintaq hərəkətləri aparılır. “Dəyişikliklər uğrunda” siyasi birlik və “Droa” partiyasının ofisində hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.

“Facebook” sosial şəbəkəsində “Daitove” qrupunun inzibatçılarından birinin ofisində istintaq hərəkətləri aparılır. Həmin yerlərdə eyni vaxtda istintaq hərəkətlərinə başlanılıb. Mövcud olan məlumata görə, hazırda qruplaşma zorakılığının təşkili maddəsi ilə başlanmış cinayət işi çərçivəsində istintaq hərəkətləri aparılır.

Polis təxminən bir saat əvvəl Beşik küçəsində Nika Qvaramiyanı inzibati qaydada həbs edib.