Tamaraşvili küçəsinin bir hissəsində bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tamaraşvili küçəsinin bir hissəsində bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Qayalıq yamacın təmizlənməsi və möhkəmləndirilməsi boyunca sentyabrın 1, 2 və 3-də saat 06:00-dan 12:00-dək Tamaraşvili küçəsində, Universitet küçəsi ilə kəsişməsindən Tsereteli kəsişməsinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.

Verilmiş məlumatda qeyd olunduğu üzrə, Vaja Pşavela və Aleksandre Ğazbeqi prospektlərindən, eləcə də Universitet küçəsindən İlia Çavçavadze prospekti və Baqebi istiqamətində  hərəkət edən avtomobillər Vladimir və Arçil Asatiani küçələrindən, həmçinin Vere dərəsi istiqamətindən, Zurab Avalişvili küçəsindən istifadə etməklə hərəkət edə biləcəklər.

Bundan başqa, qeyd olunan müddətdə ictimai nəqliyyatın marşrutları da dəyişəcək. Xüsusilə də , N531 mikroavtobus və avtobuslar:
N301, N311, N334, N358, N383, N387, N388, N397.