Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 5 154 yeni yoluxma halı aşkarlanıb, 2 338 nəfər sağalıb
Ötən bir həftə (03.07.2022-10.07.2022) ərzində Gürcüstanda koronavirusa 5 154 yeni yoluxma halı aşkarlanıb, 2 338 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 3 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftə ərzində ölkədə 63 659 ədəd test aparılıb.
7 günlük testləşmənin müsbət göstəricisi 8.10 % təşkil edir.
Əvvəlki həftənin (27.06.2022-03.07.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 2 570 yeni yoluxma faktı qeydə alınıb, 1103 pasiyent sağalıb, 3 pasiyent vəfat edib.