Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 13 737 yeni yoluxma halı aşkarlanıb, 14 486 pasiyent sağalıb
Ötən bir həftə (21.08-28.08 ) ərzində Gürcüstanda koronavirusa 13 737 yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftənin göstəricilərinə əsasən, ölkədə koronavirusdan 14 486 nəfər sağalıb, 3 pasiyent koronavirusdan vəfat edib.
Bir həftə ərzində 76 704 ədəd testləşmə aparılıb. 7 günlük testləşmənin müsbət göstəricisi -17.91 % təşkil edir.
Əvvəlki həftənin göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 12 595 yeni yoluxma faktı qeydə alınıb, 12 329 pasiyent sağalıb, 6 pasiyent vəfat edib.