Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 12 787 yeni yoluxma halı aşkarlanıb, 14 257 pasiyent sağalıb
Ötən bir həftə (28.08-02.09 ) ərzində Gürcüstanda koronavirusa 12 787 yeni yoluxma halı aşkarlanıb. Ölkədə koronavirusdan 14 257 nəfər sağalıb, 8 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftə ərzində 73 436 ədəd testləşmə aparılıb. 7 günlük testləşmənin müsbət göstəricisi -17.41 % təşkil edir.
Əvvəlki həftənin (21.08-28.08) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 13 737 yeni yoluxma faktı qeydə alınıb, 14 486 pasiyent sağalıb, 3 pasiyent vəfat edib.