Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 12 729 yeni yoluxma halı aşkarlanıb, 11 199 pasiyent sağalıb
Ötən bir həftə (02.08-09.08.2022) ərzində Gürcüstanda koronavirusa 12 729 yeni yoluxma halı aşkarlanıb, 11 199 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 8 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftə ərzində ölkədə 67 482 ədəd test aparılıb.
7 günlük testləşmənin müsbət göstəricisi 16.82 % təşkil edir.
Əvvəlki həftənin göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 11 802 yeni yoluxma faktı qeydə alınıb, 10 233 pasiyent sağalıb, 10 pasiyent vəfat edib.