Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 12 595 yeni yoluxma halı aşkarlanıb, 12 329 pasiyent sağalıb
Ötən bir həftə (14.08-21.08 ) ərzində Gürcüstanda koronavirusa 12 595 yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftənin göstəricilərinə əsasən, ölkədə koronavirusdan 12 329 nəfər sağalıb, 6 pasiyent koronavirusdan vəfat edib.
Bir həftə ərzində 74 171 ədəd testləşmə aparılıb. 7 günlük testləşmənin müsbət göstəricisi -16.98 % təşkil edir.
Əvvəlki həftənin göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 12 338 yeni yoluxma faktı qeydə alınıb, 12 766 pasiyent sağalıb, 6 pasiyent vəfat edib.