Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 12 338 yeni yoluxma halı aşkarlanıb, 12 766 pasiyent sağalıb
Ötən bir həftə (07.08-14.08 ) ərzində Gürcüstanda koronavirusa 12 338 yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Bir həftənin göstəricilərinə əsasən, ölkədə koronavirusdan 12 766 nəfər sağalıb, 6 pasiyent koronavirusdan vəfat edib.
7 günlük testləşmənin müsbət göstəricisi -16.58 % təşkil edir.
Əvvəlki həftənin göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 12 729 yeni yoluxma faktı qeydə alınıb, 11 199 pasiyent sağalıb, 8 pasiyent vəfat edib.