Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 1058 yeni yoluxma faktı aşkarlanıb, 646 nəfər sağalıb
Bir həftənin göstəricilərinə əsasən Gürcüstanda koronavirusa 1058 yeni yoluxma faktı aşkarlanıb, 646 nəfər sağalıb

 

Ötən bir həftə (20.06.2022-26.06.2022) ərzində Gürcüstanda koronavirusa 1058 yeni yoluxma faktı aşkarlanıb, 646 nəfər sağalıb. Bir həftənin göstəricilərinə əsasən, 2 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

İdarənin məlumatına görə, əsasən Omicron B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 63 404 ədəd test aparılıb, onlardan 57 457-si antigen sürətli testi, 5 847-si isə PCR testi olub.

7 günlük testləşmənin müsbət göstəricisi 1.67 % təşkil edir.

Ötən həftənin (13.06.2022-19.06.2022) göstəricilərinə əsasən, Gürcüstanda koronavirusa 616 yeni yoluxma faktı qeydə alınıb, 482 pasiyent sağalıb, 1 pasiyent vəfat edib.