Bir qrup vətəndaş “Tiflis Palace” mehmanxanasının yaxınlığında aksiya keçirir
Bir qrup vətəndaş “Tiflis Palace” mehmanxanasının yaxınlığında etiraz aksiyası keçirir.
Aksiya iştirakçılarının sözlərinə görə, adıçəkilən mehmanxanada Rusiyadan gələnlərin də iştirak etdiyi konfrans keçirilir. Etirazçılar mehmanxanaya yumurta atıblar.
“Gürcüstanda tələbələrin Rusiya qanunlarına etiraz etdiyi bir vaxtda, heç kimin mənəvi haqqı yoxdur, Federal Təhlükəsizlik Xidməti və KQB agentləri Tbilisinin mərkəzində oturub dinc şəkildə qəhvə içirdilər. Rusiya qanununa yox, Rusiya hakimiyyətinə yox”- deyə aksiya iştirakçılarından biri bildirib.
Aksiya iştirakçılarının sözlərinə görə, onlar “Tiflis Palace” mehmanxanasından Rustaveli prospektinə, Parlamentin yaxınlığına keçərək orada “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edəcəklər.