"BILD" Gürcüstanı 2023-cü ilin beş turistik istiqaməti sırasına daxil edib
Almaniyanın məşhur “BILD” nəşri öz oxucularına Gürcüstana səyahət etməyi tövsiyə edir.
Nəşr yaz və yay aylarında maraqlı səyahət və turistik istiqamətləri dərc edir.
Məqalənin müəllifi İspaniya, Kabo-Verde, Xorvatiya, Albaniya və Gürcüstan kurortlarının alman turistlər üçün xüsusilə cəlbedici olduğunu iddia edir.
“Gürcüstanın ərazisi Bavariya, əhalisi isə Berlininki qədərdir. Gürcüstana səfər etməlisiniz, təkcə ona görə yox ki, o, bu il “ITB” turizm sərgisinə ev sahibliyi edib. Münhen və Düsseldorfdan Tbilisiyə uçuş dörd saat çəkir. Berlin, Memminqen və Dortmunddan Kutaisi istiqamətində birbaşa uçuşlar həyata keçirilir” -deyə “BILD” Gürcüstan haqqında yazır.
Məqalənin müəllifi oxucuya gürcü mehmanxanaları haqqında məlumat verir.
“BILD”-in səhifələrinin: “Twitter”, “Facebook”, “Instagram” sosial şəbəkələrində ümumilikdə 5,5 milyondan çox izləyicisi var.
Məlumatı Milli Turizm Administrasiyası yayır.