“Bild” – Almaniya hava limanında dron hücumundan sonra təxribata qarşı qalxan yaratmağı planlaşdırır
Almaniya hava limanında dron hücumundan sonra təxribata qarşı qalxan yaratmağı planlaşdırır, – bu barədə “Bild” məqalə dərc edir. Nəşrin məlumatına görə, plana əsasən, dron hücumları, kiberhücumlar və Rusiya təxribatının digər formalarından müdafiəni gücləndirmək üçün geniş tədbirlər paketi yaradılacaq. Bu qərarın qəbul edilməsinin səbəbi ötən ay Leypsiq hava limanına dron hücumu olub.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt nəşrə bildirib ki, Rusiyanın hibrid hücumları gündəlik reallığın bir hissəsinə çevrilib.
“Bu hücumlar tez-tez baş verəcək, lakin biz özümüzü müdafiə edə bilərik”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, haker hücumu cəhdlərini aşkar etmək və zərərsizləşdirmək üçün dizayn edilmiş, rəqəmsal sensorlar şəbəkəsini əhatə edən milli müdafiə qalxanı – yəni “kiber-günbəz” yaradılacaq.
Məlumat üçün bildirək ki, Almaniya, avqustun 4-də Laypsiq hava limanının ərazisində partlayıcı maddələrlə təchiz olunmuş üç dronun aşkar edilməsi ilə nəticələnən hadisəyə görə sentyabrın 1-də məsuliyyəti rəsmi olaraq Moskvanın üzərinə yükləyib.
Almaniya cavab olaraq diplomatik tədbirlər elan edib. Rusiya hadisədə iştirakını rədd edir.