Bil və Melinda Geytslərin fondu yeni koronavirusa qarşı mübarizə üçün 10 milyon dollar ayıracaq
Bil və Melinda Geytslərin fondu yeni koronavirusa qarşı mübarizə üçün 10 milyon dollar ayıracaq

Bil və Melinda Geytslərin fondu yeni koronavirusa qarşı mübarizə üçün 10 milyon dollar ayıracaqlar.

Fondun rəsmi veb-səhifəsində yayılan bəyanatda qeyd olunur ki, məbləğin yarısı Çin üçün ayrılıb.

Geytslərin fondu artıq bir neçə Çin şirkətləri ilə əməkdaşlıq edir.

Fond tərəfindən ayrılan məbləğ virusun vaxtında aşkarlanması, müalicə metodları və vaksinasiyanın işlənilməsi kimi tədbirlərə xərclənəcək.

Qalan beş milyon isə, Afrikan ittifaqı dövlətlərində xəstəliyin prevensiyası üçün çalışan mərkəzlər üçün ayrılacaq.