Bidzina İvanişvilinin Christie's auksionunda aldığı İoan-Zosimenin unikal əlyazması Gürcüstandadır
Bidzina İvanişvilinin Christie's auksionunda aldığı İoan-Zosimenin unikal əlyazması Gürcüstandadır

İoan-Zosimenin unikal əlyazması Gürcüstandadır. Bidzina İvanişvilinin ailəsi ilə birlikdə Christie’s auksionunda bir milyon funt-sterlinqə aldığı xəzinə dövlətə hədiyyə olaraq veriləcək.

Əlyazma bu yaxınlarda Gürcüstana gətirilib. Tbilisi Beynəlxalq Hava Limanında mədəniyyət naziri vəzifəsini icra edən və İncəsənət Muzeyinin direktor müavini, eləcə də din xadimləri iştirak ediblər.

Hava limanından əlyazma Gürcüstan Patriarxlığına, oradan isə Milli Muzeyə aparılacaq. İlkin olaraq əlyazma Qızıl Fondda sərgilənəcək və hər kəs onu görmək imkanı əldə edəcək, sonra isə alimlər onun ətraflı tədqiqi üzərində işləyəcəklər.

Bidzina İvanişvili əlyazmanı bu il iyunun 11-də Christie’s auksionunda bir milyon 250 min funt sterlinqə alıb.