Bidzina İvanişvilinin 2020-ci il Parlament seçkilərinin proporsional qayda ilə və sıfır bariyer ilə keçirilməsi barəsində bəyanatı

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası genişmiqyaslı siyasi islahatlar təşəbbüsünü irəli sürür: 2020-ci il Parlament seçkiləri proporsional sistem ilə, sıfır, təkrar edirəm sıfır seçki bariyeri ilə keçirilsin.

İctimaiyyət bilir ki, konstitusiya islahatlarının təşəbbüskarı məhz elə “Gürcü Arzusu” idi. İslahatlara əsasən, seçkilərin proporsional sistemi, hakimiyyətdə çoxpartiyalığı Avropa standartına daha yaxşı cavab verir.

Halbuki elə burada müəyyən olundu ki, bu seçki sisteminə keçmək, 2024-cu ildə daha yaxşı olardı.

Lakin hər bir şeyə öz düzəlişlərini edir və hər bir məsuliyyətli hakim partiyanın borcudur ki, ölkə qarşısında duran çağırışlara adekvat olsun.

Bu gün hamımız görürük ki, ictimaiyyət dəyişiklikləri tələb edir. Bizim təşəbbüsümüz isə, məhz elə genişmiqyaslı siyasi islahatlar əsasını verir.

Aralıq seçkilərinin nəticələri hamını əmin etdi ki, Gürcü Arzusunun istənilən namizədi, praktiki olaraq rəqibsizdir.

Biz, seçkilərin proporsional siteminə keçməyi təklif edirik. Eyni zamanda bariyeri tamamilə ləğv edirik. Ümid edirik ki, bu yol ilə, 202o-ci ildə bütün siyasi aktorun olan Paralament olacaq.