Bidzina İvanişvili - Terror, hədə-qorxu ilə yorulmuş köhnə və bugünkü, həyat ilə dolu Batumi və Acara arasında nə qədər fərq olduğu çılpaq gözlə baxanda belə aydın görünür
Bidzina İvanişvili - Terror, hədə-qorxu ilə yorulmuş köhnə və bugünkü, həyat ilə dolu Batumi və Acara arasında nə qədər fərq olduğu çılpaq gözlə baxanda belə aydın görünür

 
Terror, hədə-qorxu ilə yorulmuş köhnə və bugünkü, həyat ilə dolu Batumi və Acara arasında nə qədər fərq olduğu çılpaq gözlə baxanda belə aydın görünür – bu haqda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Batumidə, seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə bildirib.

İvanişvili, kollektiv “Milli Hərəkat”ın Gürcüstanda ikinci cəbhənin açılması da daxil olmaqla, nəyin bahasına olursa olsun hakimiyyətə qayıtmağa çalışdığını deyib.

“İllərdir Acarada yerli əhalinin maraqlarına tam uyğun gələn layihələr həyata keçiririk. Eyni zamanda, Acara sakinlərinə kiçik və orta biznesə sahib olmaq, ölkənin iqtisadi həyatında fəal iştirak etmək, qonaq qəbul etmək və ölkəyə daha da çox turist cəlb etmək imkanı verdik. Terror, hədə-qorxu ilə yorulmuş köhnə və bugünkü, həyat ilə dolu Batumi və Acara arasında nə qədər fərq olduğu çılpaq gözlə baxanda belə aydın görünür. Təkcə Acarada deyil, bütün Gürcüstanda hiss olunan bu böyük irəliləyişə baxmayaraq, əsas xarakterik xüsusiyyəti əvvəllər də indi də cəmiyyəti parçalamaq, ixtilaf salmaq olan kollektiv “Milli Hərəkat” Gürcüstanda ikinci cəbhənin açılması da daxil olmaqla, nəyin bahasına olursa olsun hakimiyyətə qayıtmağa çalışır. Onlar öz xarici havadarlarının yardımı ilə 2008-ci ilin xəyanəti kimi ölkəni müharibəyə sürükləməyə, bizə insan həyatı və itirilmiş ərazilər bahasına başa gələn faciəni bir daha təkrarlamağa hazırdırlar. Xaricdən dəstək görən kollektiv “Milli Hərəkat” bu gün də iğtişaşlarla hakimiyyətə gəlməyə və sonra ölkəni müharibəyə, xaosa sürükləməyə çalışır. Bu birdəfəlik bitməlidir. Oktyabrın 26-da “Gürcü Arzusu”nun konstitusiya çoxluğunu qazanmasına Gürcüstanın nə üçün ehtiyac duymasının əsas səbəblərindən biri budur” – Bidzina İvanişvili bildirib.