Bidzina İvanişvili - Öz adımdan və həyat yoldaşımın adından Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərimi ifadə edirəm, ölkə təkcə görkəmli ictimai xadimi deyil, həm də layiqli insanı itirdi
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili şair və tərcüməçi Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərini ifadə edir.
“Öz adımdan və həyat yoldaşımın adından şair və tərcüməçi, Tbilisinin fəxri vətəndaşı Qivi Şahnazarın dünyasını dəyişməsi ilə əlaqədar kədərimi ifadə edirəm. Gürcü ədəbiyyatının zənginləşməsində Qivi Şahnazarın töhfəsi böyükdür. Sayatnovanın gürcü dilinə tərcümə olunmuş şeirlərini, erməni, abxaz, osetin poeziyasının nümunələrini cəmiyyətimizə miras qoydu. Ölkə təkcə görkəmli ictimai xadimi deyil, həm də nəcib və layiqli insanı itirdi. Bu böyük itki ilə əlaqədar Qivi Şahnazarın ailəsinə, dostlarına, həmkarlarına və ictimaiyyətimizə dərin hüznlə başsağlığı veririk” – başsağlığı məktubunda qeyd olunub.
Şair, tərcüməçi Qivi Şahnazar sentyabrın 23-də dünyasını dəyişib.