Bidzina İvanişvili - Mənim mövqeyim odur ki, prezident seçkilərində müstəqil və layiqli namizəd təqdim edək, əgər elə biri tapılmasa, müxalifət öz namizədini təqdim edərək, bu institutu bölüşsün
“Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvili bəyan edir ki, “Gürcü Arzusunda” bir neçə prezident namizədi haqqında söhbət aparılır, onların arasında Bidzina İvanişvilinin özü, Sozar Subari, Zurab Abaşidze və Tea Tsulukiani də var.
Birinci Kanalın efirində Bidzina İvanişvili qeyd etdi ki, bu haqda müzakirələr hələ başa çatmayıb.
“Bir çox layiqli namizədimiz var, hansı ki, birinci turdan qalib gələ bilər. Açığı desəm, mən öz dəstə üzvlərimə təklif etdim ki, biz namizəd təqdim etməyək, çünki ölkəmizin demokratik inkişafı üçün daha yaxşı olar ki, prezident partiyasız, birtərəf namizəd və yaxud müxalifətin namizədi olsun” – dedi Bidzina İvanişvili.
Bidzina İvanişvilinin dediyinə görə, Gürcüstanda iqtisadiyatın yoxsul olduği kimi, siyasi “isteblişment” də çox yoxsuldir.
“Bugün parlamentdə “Gürcü Arzusu” əksəriyyətdir və bu Avropada çox vəhşicə görünür, çünki Avropa çox partiyalı parlamentləri bəyənir. Əlbətdə ki, prosesə də inkişaf lazımdır. Kimsə düşünməsin ki, “Gürcü Arzusu” tək başına idarə etməyə davam edəcək. Ona görə deyirəm ki, prezident müxalifətin namizədi olsa, daha yaxşı olar” – dedi İvanişvili.