Bidzina İvanişvili - Mən sülhə və ənənəvi dəyərlərə dəyər verən hər bir vətəndaşı oktyabrın 26-da hərkəsi çıxış etməyə və kimliyin qorunması üçün möhkəm zəmin yaratmağa çağırıram
Bidzina İvanişvili - Mən sülhə və ənənəvi dəyərlərə dəyər verən hər bir vətəndaşı oktyabrın 26-da hərkəsi çıxış etməyə və kimliyin qorunması üçün möhkəm zəmin yaratmağa çağırıram

Gürcüstanın sülhünü, ölkə sabitliyini və ənənəvi dəyərlərinə dəyər verən hər bir həmvətənimizi oktyabrın 26-da hərkəsi çıxış etməyə və Gürcüstanın milli kimliyini qorumaq üçün möhkəm zəmin yaratmağa ölkəmizin parlaq gələcəyini təmin etməkk üçün çağırış etmək istəyirəm, – “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Mtsxetada seçki kampaniyası çərçivəsində keçirilən seçki görüşündə toplaşan əhaliyə belə müraciət edib.

İvanişvilinin bildirdiyinə görə, hər bir Gürcüstan vətəndaşı dar siyasi məsələləri bir kənara qoymalıdır, çünki oktyabrın 26-da siyasət deyil, ölkənin xilası məsələsi həll olunacaq.

“Bir daha ölkəsinə dəyər verən hər bir vətəndaşımızı hər şeyi bir kənara qoyub seçkilərə getməyə, bütün dar siyasi məsələləri bir kənara qoymağa çağırış ütmək istərdim, çünki bu seçkilərdə siyasət deyil, ölkənin xilası məsələsi həll olunacaq. Hər şey öz əlimizdədir, Gürcüstanın taleyi bizim əlimizdədir. Biz ölkəni xilas etmək və gələcək nəslin idarə etməsi üçün azad, müstəqil, vahid və güclü Gürcüstan buraxmaq üçün hər şeyi etməliyik”, – Bidzina İvanişvili bildirib.