Bidzina İvanişvili - İctimaiyyətə söz verirəm ki, maksimum bir ildən sonra ölkədə hər şeyin öz adı olacaq
İctimaiyyətə söz verirəm ki, maksimum bir ildən sonra ölkədə hər şeyin öz adı olacaq, – bu haqda “Gürcü Arzu-demokratik Gürcüstanın” psədri Bidzina İvanişvili, “TV Pirveli”, “Rustavi 2” və “İmedinin” jurnalistləri ilə müsabihə zamanı “İmedinin” jurnalisti İrakli Çixladzeyə cavab olaraq bildirdi.
Onun dediyinə əsasən, “Gürcü arzusunun” bütün üzvlərinə qarşı daha sərt tələblər olacaq.
“Mən siyasətə qayıtdım, təəsüf ki. Mən onu bacaracam ki, komandada istedadlı şəxslər irəli düşsünlər və daha aktiv olsunlar. “Gürcü arzusunun” bütün üzvlərinə qarşı daha sərt tələblər olacaq. Partiya da güclənəcək, maksimum bir ildən sonra ölkədə hər şeyin öz adı və öz yeri olacaq. Bunun üçün çox şey lazım deyil. “Rustavi 2″ cəmiyyətin bir hissəsini bizə düşmən edə və insanları belə
bir yalanın içində yaşada bilməyəcək. Onlar 9 il hakimiyyət dövründə etdiklərini indi də etmək istəyirlər. Bu gün də insanları zorakılıq və yalanla manipulyasiya edirlər”, – Bidzina İvanişvili bəyan etdi.
Bidzina İvanişvilinin dediyinə əsasən, o ilk növbədə komandasını gücləndirəcək.
“İlk növbədə cəmiyyətə söz verirəm ki, komandamı gücləndirəcəm. Mənim üstünlüyüm menecmentdir və bu yolda uğur qazandım. Elə bir menecment edəcəm ki, komandaya kömək edim. Məhz bunun üçün qayıtdım ki, komanda mənim resursuma ehtuyac duyurdu. Söz verirəm maksimum bir ildən sonra ölkədə hər şeyin öz adı olacaq”, – Bidzina İvanişvili bəyan etdi.