Bidzina İvanişvili Cemal Çkuaselinin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib
Cəmiyyət “Erisioni” ansamblının baş dirijoru və müğənnisi Cemal Çkuaseli ilə vidalaşır. Müqəddəs üçlük kilsəsində səhər saatlarından etibarən vətəndaş dəfn mərasimi keçirilir.
Cemal Çkuaselinin ailə üzvləri və yaxınlarına “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili başsağlığı verib. O həyat yoldaşı ilə birlikdə kilsəyə getdi.
“Erisioni” ansamblının baş dirijoru və müğənnisi Cemal Çkuaseli 86 yaşında vəfat edib.
Cemal Çkuaseli bu gün Maxata Yazıçılar və İctimai Xadimlər Panteonunda dəfn ediləcək.