Bidzina İvanişvili, İrakli Ğaribaşvilinin özünün baş nazir vəzifəsindən istefa vermək istədiyini açıqlayıb
Bidzina İvanişvili, İrakli Ğaribaşvilinin özünün baş nazir vəzifəsindən istefa vermək istədiyini açıqlayıb

 
Nəyini bəyənməməliyəm, gör necə insandır, özü istədi– “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili jurnalistlərin baş nazirin niyə dəyişməsi sualına belə cavab verib.

“Nəyini bəyənməməliyəm, gör necə insandır, özü istədi, mən istəmədim” – İvanşvili qeyd edib.

“Gürcü Arzusu” siyasi birliyi bu gün partiyanın siyasi şurasının iclasını və qurultayı keçirəcək. Siyasi şurada baş nazirliyə namizəd rəsmən təsdiqlənəcək, saat 14:00-da başlayacaq qurultayda partiyanın yeni sədri seçiləcək.

Yanvarın 29-da İrakli Ğaribaşvili baş nazirlikdən istefa verdiyini elan etdikdən sonra hökumətdə dəyişikliklər zərurəti yaranıb.