Mən üzərimə götürdüyüm məsuliyyətdən dolayı sizlərə müraciət etmək istəyirəm. İlk növbədə bizə bir daha etimad göstərənlərə öz minnətdarlığımı bildirirəm. Bütün problemlərə baxmayaraq, bizim seçdiyimiz yola güvənən insanlara bir daha minnətdaram. Lakin bu gün ürəyi qırılmış insanlara müraciət etmək istəyirəm. Bilin ki, mən sizin ürək ağrınızı, ümidsizliyinizi çox yaxşı başa düşürəm. Bilirəm ki, narazısınız. Çünki həyat keyfiyyətləriniz elədə yaxşılaşmayıb. Bilirəm ki, narazısınız, çünki düşünürsümnüz ki, bəzi vəzifəlilər sizlərə qayğı yerinə öz rifahlarını yüksəltməyə çalışıb. Narazısınız , çünki düşünürsünüz ki, indiki hökumət ədaləti bərqərar edə bilmədi. Sizlərin bir çoxu narazıdır ki, zoraki rejimin geri qayıtması qorxusunu mümkün etdik. Bu gün bütün insan hüquqlarını, layaqəti ayaq altına sərən, pisliyinin sizin bir çoxunuza və ailənizə toxunan o, doqquz illik rejimdən danışmaq istəmirəm. Bizim nailiyyətlərimiz haqqında da danışmayacam. Bu gün ən vacib olan odur ki, biz yenidən tarixi seçim qarşısındayıq. Səhv qərar vermə riski olduqca yüksəkdir. Eyni zamanda bu yeni imkanların yeniləçdirilməsi üçün ən yaxşı bir zamandır. Bir neçə ay bundan əvvəl siyasətə qayıtmalı oldum. Qayıtmalı oldum, çünki problemlərin dərinləşdiyini və bu problemlərə reaksiya vermənin effektli mexanizmlərinin olmadığını. Lakin bəlli oldu ki, insanlar bu problemləri daha dərin və aydın görürdülər
Mən bu gün sizlərlə razılaşmaya bilmərəm. Lakin bir şeyi yaxşı bilməliyik ki, bizim rəqiblərimiz siyasi partiya deyil. Bu gün qarşımızda, bizə qarşı intiqam almaq üçün bir araya yığılmış zorakılar birliyidir. Biz bu gün böyük sınaq qarşısındayıq və bu sınağı biz özümüz yaratdıq. Hökumət xalqdan uzaqlaşdıqda insanların güvənini tirir. Indi bir məsələni hər kəsin diqqətinə çatdırmaq istəyirəm꞉ Bizim siyasi birliyimiz yalnız xalqa xidmət etmək üçün mövcuddur. Heç kimsə partiyanın bundan başqa nəsə bir dəyəri olmasına inanmasın. Bu bir vasitədir. Bu vasitə ilə ali məqsədə – xalqın daha yaxşı gələcəyinə nail olmalıyıq. Məhz bu səbəbdən də, əgər Gürcü Arzusu işləmirsə, əgər onun hər hansı bir hissəsi xalqa xidmətdə yaramadısa onlara qarşı ilk mən çıxacam. Lakin imkan verməməliyik ki, bu səhvlərdən, bizim üçün dəyərli olan bütün dəyərləri əslində məhv etmək istəyən qüvvə istifadə etsin. Bu səhvləri düzgün görmək və tənqid etmək lazımdır. Oponentlərimiz isə çalışırlar ki, bütüngücləri ilə yalan yayan mexanizmlə hər şeyin üstünə xətt çəksinlər. Onlar səhvləri düzəltmək istəmirlər. Onlar hər şeyi dağıtmaq istəyirlər, və ən təssüf edici odur ki, – istənilən yolla. Oponentlər yalnız yalana əsaslanan kampaniyalar keçirirlər. Onlar yalana əsaslanan kampaniyalar aparırlar. Xalqa utanmaz şəkildə, parlament quruluşunda prezident hüquq-səlahiyyətindən uzaq olan vədlər verirlər. Onlar eyni zamanda insanlara işgəncə verən və zorakılıq etməkdə ittiham olunan şəxslərin azadlığa buraxılmasını açıq şəkildə anons edirlər. Bu cəmiyyətin təhqiri ilə yanaşı, bir başa destabilizasiya təhlükəsi daşıyıcısıdır.
2012-ci ildə biz zorakılığa əsaslanan rejimi devirdik. Olduqca çətin bir zamandan keçdik və paralel olaraq çalışırdıq ki, ölkəni stabil inkişaf yoluna sala bilək. Bu istiqamətdə bir sıra vacib nailiyyətlər də əldə etdik. Biznesi dğvlət reketindən xilas oldu. Media azad oldu. Bir sıra mühüm sosyal proqramlar həyata keçirildi. Ağır iqtisadi şəraitdə bəzi sahələrdə regional liderlik qazandıq və bir sıra digər irəliləyişlər oldu. Beynəlxalq arenada bizim amerikalı və avropalı həmkarlarımız NATO və Avropa Birliyinə ölkəmizin inteqrasiyası məsələsini daha real perspektivdə müzakirə etməyə başladılar. Bir çox risklərə baxmayaraq müstəqillik əldə ediləndən bu yana Gürcüstanın heş vaxt belə stabil inkişaf illəri olmayıb. Bütün bu nailiyyətlərə baxmayaraq bizim ölkəmizdə yoxsulluq əsas problem olaraq qalır.
Müvafiq olaraq bizə qərarverici dəyişikliklər lazımdır. İlk növbədə sosial cəhətdən ən həssas olan qruplar üçün. Bir çox populistdən fərqli olaraq təbii ki, konkret rəqəmlər haqqında danışmayacam. Lakin mütləq deyirəm ki, pensionerlər və məcburi köçkünlərə ayrılan məbləğ, yardımlara yenidən baxılmalıdır. Onların qeydinə qalmaq bizim ləyaqətimiz məsələsidir və biz bunu bacarmalıyıq. Sürətli şəkildə kadr siyasəti dəyişməlidir. Bu siyasət təcrübəli insanlara əsaslanmalı və daim yeni kadrları cəlb etməlidir. Xüsusi ilə də, gəncləri. Gənclər ölkənin idarəsində və siyasətin qurulmasında iştirak etməlidirlər.
Əziz həmvətənlərim, ölkə bəzən dönüş nöqtəsi ilə qarşı-qarşıya durur. Bu zaman insanlar əsrin dəyişiliklərinin müəllifləri olurlar. Bizim vətəndaşlarımız belə müdrikliyi dəfələrlə ediblər. Mən Gürcü Arzusunun keçmiş tərəfdaşlarına müraciət etmək istəyirəm. O, şəxslər ki, 2012-ci ilin tarixi günlərində imkansızı gərçəkləşdirdilər. Gürcüstanın bir daha sizin sadiqliyinizə və təcrübənizə, vətəndaş qəhrəmanlığınıza ehtiyacı var. Mən sizin ürək ağrınızın fərqindəyəm. Sizin qəzəbinizin hər səbəbini yaxşı bilirəm. Sizə söz verirəm hər bir vətənpərvər bizim vahid ailədə layiq olduğu yeri tapacaq. Heç kəsin əməyi diqqətsiz qalmayacaq. Seçkilərdən əvəl dediyimi xatırlatmaq istəyirəm – Mən cavabdehliyi öz üzərimə götürürüəm ki, bir il ərzində idarə etmədə olan bütün nöqsanları aradan qaldıracam və məndə olan bütün resurslardan istifadə edərək ölkənin inkişaf prosesinə təkan verəcəyəm. İndi əsas odur ki, hökumətə və ayrı-ayrı vəzifəli şəxslərə hirsli olaraq, hökuməti cəzalandırmaq məqsədi ilə öz gələcəyimizi və öz ölkəmizi cəzalandırmayaq. 2012-ci ildə həyatımız bahasına nail olduqlarımızı suya tökməyək. Mən əminəm ki, bizlər əhalimizin rivafına, azadlığına, ləyaqətinin müdafiəsinə yönələn seçim edəcəyik. Birlikdə insana əsaslanan, müasir Gürcüstan qura biləcəyik.