Bidzina İvanişvili - "Gürcü arzusu" 2024-cü il seçkilərində mütləq qalib gələcək
2024-cü il seçkilərində “Gürcü arzusu” mütləq qalib gələcək, – “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında bəyan edib.
“Biz 2012-ci ildən bəri davam etdirdiyimiz xətti davam etdirəcəyik – ölkəmiz 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq, bu çox realdır, biz insan hüquqlarını mümkün qədər daha da təkmilləşdirəcəyik, bunu biz gətirdik, bizdən əvvəl nə olduğunu xatırlayın. Biz bu xətlə və bu istiqamətdə işimizi davam etdirəcəyik”, – deyə Bidzina İvanişvili bildirib.
Bidzina İvanişvili “Gürcü arzusu” partiyasının fəxri sədri seçilib. Bidzina İvanişvili qurultay iştirakçıları qarşısında çıxış edərək, siyasətə qayıtmasının səbəblərindən danışıb.
Müəllif -
Mehemmed Bayramaliyev