Bidzina İvanişvili Qiorqi Qaxaria ilə əlaqədar bəyanat yayır
Bidzina İvanişvili Qiorqi Qaxaria ilə əlaqədar bəyanat yayır

Bidzina İvanişvili Q.Qaxaria ilə əlaqədar bəyanat yayır. O, Qaxarianın partiyası ilə mümkün əlaqələrə dair bəyanat verib.  İctimaiyyətə məlumdur ki, peyk psevdo-partiyaların yaradılması ilə əlaqədar Gürcüstanda  illər boyunca geniş şəkildə tətbiq olunan yalnış təcrübə var idi.  Lakin, bu tip işlər mənim dəsti-xəttim olmayıb və 2011-ci ildən siyasətdən son olaraq gedənədək gürcü ictimaiyyətinə heç bir psevdo-partiya yaratmağı  yaraşdırmamışam .Bundan başqa, psevdopartiyanın yaradılması özü-özlüyündə səhv haldı, Q.Qaxaria ilə siyasi əməkdaşlıq mənim üçün onsuzda qəbuledilməz olardı. Bütün bu illər ərzində , gürcü siyasətində  çoxlu siyasi səhlənkarlıqlara şahid oldum və hesab edirdim ki, bu baxımdan heç kim və heç nə məni təəccübləndirə bilməzdi.

Lakin, Qaxarianın cari ilin fevralında etdikləri , bu fonda belə təəccüb doğurur. Qiorqi Qaxariyanın  fevral ayındakı  hərəkəti komandasına xəyanət idi. Və daha da əhəmiyyətlisi, bu, öz dövlətinə qarşı da birbaşa xəyanət idi. Qanunun aliliyi hər bir dövlətin təməl daşıdır. Hər şeydən əvvəl, hər hansı bir siyasətçinin və dövlət məmurunun  fəaliyyəti məhz qanun aliliyinə münasibəti ilə qiymətləndirilməli və ölçülməlidir. Yüksək rütbəli bir məmur qanunun aliliyinə zidd çıxdıqda və bu bəhanə ilə vəzifəsindən ayrıldıqda daha böyük bir siyasi cinayət təsəvvür etmək çətindir. Kədərlə qeyd etmək istərdim ki, bütün bunlar məni çox məyus etdi.

Bütün bunların məntiqi davamı Qiorqi Qaxariya  tərəfindən siyasi bir partiya yaradılması idi. Partiyasının heç bir ideoloji və konseptual əsası yoxdur və açıq şəkildə hakim komandanın az sayda seçici səsini qazanması üçün situasiya vasitəsi kimi nəzərdə tutulub. Bəyanatda oxuyuruq.  İvanişvilinin sözlərinə görə onunla bərabər və siysətdən getməsi ilə qazandığı, məhz Gürcüstanda şəxsiyyət pərəstişinin messianizmin qəddar ənənəsinin sonudur.