Bidzina İvanişvili - qərar verdim ki, yekun olaraq siyasəti tərk edim və idarəçilikdən tamamilə kənarlaşım, hesab edirəm mənim missiyam yerinə yetirilib
Bidzina İvanişvili - qərar verdim ki, yekun olaraq siyasəti tərk edim və idarəçilikdən tamamilə kənarlaşım, hesab edirəm mənim missiyam yerinə yetirilib

Qərar verdim ki, yekun olaraq siyasəti tərk edim və idarəçilikdən tamamilə kənarlaşım. Necə partiya sədri vəzifəsini, eləcə də partiyanın özünü də tərk edirəm və 2011-ci ilə qədər olduğu şəxsi həyat təzimə qayıdıram, – bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili bu gün yaydığı məktubunda qeyd edir.

Bidizna İvanişvilinin yazdığına görə, hakim komanda bu gün mövcud olan siyasi aktorlar arasında bütün əlamətlərlə həqiqətən ən yaxşısı və alternativsizdir.

“Hakim komanda bu gün mövcud olan siyasi aktorlar arasında bütün əlamətlərlə həqiqətən ən yaxşısı və alternativsizdir. Əminəm ki, bu insanlarla komplektləşdirilmiş komanda mənim əməyimi, nüfuzumu və qabiliyyətlərimi layiqincə əvəz edə biləcək”, – məktubda qeyd olunur.

Bidizna İvanişvilinin dediyinə görə, əgər “Gürcü Arzusunun” seçki uğurunu obyektiv olaraq analizə etsək, demək olar ki, bu, gözlənilən və məntiqidir.

“Buna görə, hesab edirəm ki, mənim missiyam yerinə yetirilib. Qərar verdim ki, yekun olaraq siyasəti tərk edim və idarəçilikdən tamamilə kənarlaşım. Necə partiya sədri vəzifəsini, eləcə də partiyanın özünü də tərk edirəm və 2011-ci ilə qədər olduğu şəxsi həyat təzimə qayıdıram

Cəmi bir neçə həftəyə 65 yaşım tamam olacaq. Bunun özü də siyasi fəaliyyətin başa çatdırılması qərarını qəbul etməkdə mühüm faktordur. Gənclərin irəli çəkilməsi barəsində mənim bu çağırış addımım inanıram hakim komandanı daha da gücləndirəcək və motivasiyalı edəcək, tərəfdarlarımızı həvəsləndirəcək və hakimiyyəti daha da enerjili edəcək.

Siyasətdən başı uca, qalib kimi gedirəm, yalnız və yalnız ölkə və dövlət maraqlarından irəli gələrək etdiyim səyləri xalq görə bildi. Əminəm ki, gürcü xalqı mənim bu günki addımı da beləcə də dəyərləndirəcək”, – Bidizna İvanişvilinin məktubunda deyilir.