Bidzina İvanişvili futbol komandasını qələbə münasibətilə təbrik edir - Millətlər Liqasında 4:1, Çexiya millisi üzərində inamlı qələbə qazanan komandamız bizi bir daha son dərəcə sevindirdi
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Gürcüstanın futbol komandasını qələbə münasibətilə təbrik edir.
İvanişvilinin təbrik məktubunda qeyd olunduğu kimi, milli komandanın futbolçuları gürcü azarkeşləri bir daha sevindiriblər.
“Gürcüstan futbol komandasının qələbəsi münasibətilə sizi təbrik edirəm. 4:1 – Millətlər Liqasında Çexiya millisi üzərində qazandığı bu inamlı qələbə ilə komandamız hər bir gürcü azarkeşi növbəti dəfə hədsiz dərəcədə sevindirdi. Avropa çempionatındakı təsirli debütdən sonra məlum oldu ki, gürcü futbolu üçün yeni, xüsusi dövr başlayıb və bu, dünənki oyunla bir daha təsdiqlənib. Milli komandanın oyunçularını və bu mübariz, birlik və qürurlu komandanın formalaşmasında əməyi olan bütün insanları təbrik edirəm. Əminəm ki, bizi daha çox qələbələr gözləyir”, – İvanişvilinin məktubunda deyilir.