Bidzina İvanişvili - bizim milli kimliyi qorumaq, ərazi bütövlüyünü bərpa etmək, Gürcüstanı 2030-cu ilə qədər yüksək gəlirli ölkələr sırasına salmaq və Avropa İttifaqına daxil etmək imkanımız var
Bidzina İvanişvili - bizim milli kimliyi qorumaq, ərazi bütövlüyünü bərpa etmək, Gürcüstanı 2030-cu ilə qədər yüksək gəlirli ölkələr sırasına salmaq və Avropa İttifaqına daxil etmək imkanımız var

Bizim milli kimliyimizi tam qorumaq, ölkənin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, Gürcüstanı 2030-cu ilə qədər yüksək gəlirli ölkələr sırasına çıxarmaq, Avropa İttifaqına daxil etmək imkanımız var, – “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili partiya qurultayında bildirib.

Bidzina İvanişvilinin qeyd etdiyinə əsasən, bugün Gürcüstan çətin sınaqlarla üz-üzədir.

“Ölkəmiz ətrafında geosiyasi vəziyyət mürəkkəbləşib və problemlər artıb. Müvafiq olaraq, ölkənin qarşısında duran vəzifələri yerinə yetirmək çətinləşdi. Belə bir şəraitdə hakim partiyanın təmsil etdiyi hökumətin kiçik bir səhvi belə ölkəyə çox baha başa gələ bilər. Gürcüstanın milli məqsədləri yalnız biz milli kimliyi tam qoruyandan, dövlətin suverenliyini tam bərpa etdikdən, ölkəni birləşdirdikdən və xarici siyasi vəzifələri yerinə yetirdikdən sonra mahiyyətcə yerinə yetirilmiş hesab edilə bilər – bugün Gürcüstanın əsas xarici siyasi vəzifəsi Avropa İttifaqına inteqrasiyadır.

Vurğulamaq istərdim ki, partiyanın fəxri sədri kimi komandanın əsas müşaviri mən olacam. Mən partiyanı mükəmməl idarə edən və gələcəkdə də partiyanın idarə olunması funksiyasını yerinə yetirəcək partiya sədri vəzifəsini icra edən şəxsin səlahiyyətlərini öz əlimə keçirmək istəmirəm. Hesab edirəm ki, ölkəmizi yekun qələbəyə çatdırmaq üçün komandaya mənim siyasi və həyat təcrübəm, müvafiq məsləhətlərim lazımdır. Bizim milli kimliyimizi tam qorumaq, ölkənin dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, 2030-cu ilə qədər Gürcüstanı yüksək gəlirli ölkələr sırasına daxil etmək və Avropa İttifaqına daxil etmək imkanımız var. Bu imkandan tam istifadə etmək bizim borcumuzdur və bunun üçün səylərimizi əsirgəməməliyik. Vətənimiz, şərəfli və qürurlu xalqımız yalnız ən yaxşısına layiqdir. Gürcüstanın tərəqqisi və uğurları üçün sona qədər xərclənmək hər birimizin borcudur. Məhz bu məsuliyyət məni siyasətə qaytardı. Yeni iliniz mübarək! Qoy 2024-cü il ölkəmizə yeni uğurlar gətirsin, hər birinizə və ailənizə xoşbəxtlik və sevinc gətirsin”, – deyə Bidzina İvanişvili bildirib.