Bidzina İvanişvili bəstəkar Vaja Azaraşvilinin ailə üzvlərinə başsağlığı verib
Bidzina İvanişvili bəstəkar Vaja Azaraşvilinin ailə üzvlərinə başsağlığı verib

“Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bəstəkar Vaja Azaraşvilinin ailə üzvlərinə başsağlığı verib.

Bidzina İvanişvili həyat yoldaşı Ekatarine Xvedelidze ilə birlikdə Vaja Azaraşvilinin dəfnində iştirak edib.

Gürcü musiqiçisi, bəstəkar və pedaqoq Vaja Azaraşvili fevralın 7-də vəfat edib.

Vaja Azaraşvili 1961-ci ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasını bitirib.

1961-ci ildən yaradıcılığı ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olur. 1971-ci ildən V. Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının müəllimi, professoru (1988); 1994-cü ildə Gürcüstan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

Onun yaradıcılığı janrların müxtəlifliyi ilə seçilir: simfonik, kamera-instrumental, musiqili və estrada; Əsas istiqaməti instrumental və pop musiqidir.