Beyrutda partlayış zamanı Niderland səfirinin yaralanan həyat yoldaşı həlak oldu
Beyrutda partlayış zamanı Niderland səfirinin yaralanan həyat yoldaşı həlak oldu

Livanda Niderland səfirinin həyat yoldaşı, Beyrutdaki partlayış zamanı yaralanmışdı və bu gün vəfat etdiyi barədə məlumat yayıldı.

Məlumatı “Royter” Agentliyi yayır.

55 yaşlı Hedviq Uolman Moller partlayış zamanı həyat yoldaşı ilə bərabər evdə idi.

Beyrut limanında böyük partlayış avqustun 4-də baş verdi və minlərlə insanın yaralanmasına və yüzdən artıq insanın həlak olmasına səbəb oldu.

Livan iqtidarının qərarı ilə istintaq komitəsi yaradıldı, hansı ki, partlayışın səbəbini öyrənəcək.