Beyonse və Cey-Zi-nin turnesi iyunda başlayacaq
Beyonse və Cey-Zi-nin turnesi iyunda başlayacaq

Pop ulduz Beyonse və həyat yoldaşı reper Cey-Zi-nin birgə turnesi 2018-ci ilin iyun ayında başlayacaq.

Turnenin adı On the Run II olacaq.

Turneyi dəstəkləmək üçün Beyonse və Cey-Zi öz ailə arxivlərinin siyah-bəyaz kadrlarını göstərən video yaydılar. Videoyu bir gündə altı milyon insan izlədi.

İlk konsert Kardif şəhərində keçiriləcək.

Turne çərçivəsində müğənnilər Böyük Britaniyaya, Hollandiyaya, Danimarkaya, İsveçə, Almaniyaya, Fransaya, Polşaya, İtaliyaya və İspaniyaya gedəcəklər.

Avropadan sonra isə, məşhur cütlünün konserti Kanadada keçiriləcək.