Beynəlxalq Xizək Federasiyasının yarış direktoru - turnirin təşkilatçıları əsl peşəkarlardır
Qudauridə snoubord kross növü üzrə Dünya Kubokunun mərhələsi başa çatıb. 17 ölkədən 90-a yaxın idmançının qatıldığı yarış iki gün davam edib.
Turnirin sonunda qaliblər elan olundu – qadınlar kateqoriyasında birinci yeri – Böyük Britaniyalı idmançı Şarlotta Benks, kişilər kateqoriyasında isə birinci yeri – Kanada idmançısı Elliot Qrondin tutb.
Beynəlxalq Xizək Federasiyasının (FIS) yarış direktoru Uve Beyerin sözlərinə görə, yarışın təşkilatçıları əsl peşəkarlardır.
“Biz Qudauri yarışının təşkilindən çox razıyıq. İkinci gün də çox xüsusi idi, təşkilatçılar əsl peşəkarlardır. İnfrastruktur da əladır. Hamı çox istəklidir və həvəslə doludur. Bu, Qafqazın Ağ Dağlarının dünya miqyasında məşhurlaşmasıdır. Əminəm ki, bu, bütün mövsümün ən yaxşı tədbiri olacaq”, – deyə Uve Beyer bildirib.
Xatırladırıq ki, 3-4 fevral tarixlərində snoubord kross növü üzrə Dünya Kubokunun mərhələsi keçirilib. Müsabiqənin final mərhələsi 10-11 fevral tarixlərində Bakuriani, Didveli ərazisində keçiriləcək.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Müəllif -
Mehemmed Bayramaliyev