Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2022-ci ildə Gürcüstanda ÜDM artımı 9% olacaq
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2022-ci ildə Gürcüstanda ÜDM artımı 9% olacaq

 

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2022-ci ildə Gürcüstanın ümumi daxili məhsulunun artımı 9%, 2023-cü il üçün isə artım proqnozu 4% təşkil edəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun dünya iqtisadi artım proqnoz göstəricilərini özündə əks etdirdiyi son hesabatında deyilir.

Hesabatın mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun nümayəndələri qlobal iqtisadi artım proqnoz göstəricilərinin azaldığını bildiriblər və buna səbəb olaraq fondda Ukraynadakı hazırkı müharibə, enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artması, eləcə də milli banklar tərəfindən faiz dərəcələrinin artırılmasını göstəriblər.

Onların proqnozuna əsasən, 2022-ci ildə qlobal iqtisadiyyatın artım göstəricisi dəyişməyəcək və 3,2% təşkil edəcək, 2023-cü ildə isə dünya iqtisadiyyatının artımı 2,7% olacaq ki, bu da fondun iyulda açıqladığı proqnozdan 0,2% azdır. Fondda 2023-cü ildə qlobal iqtisadiyyatın artımının hətta 2%-dən də az olacağına dair 25 faizlik ehtimalın olduğunu da bildiriblər.

Beynəlxalq Valyuta Fondunda qlobal iqtisadiyyatın kövrək və maliyyə bazarlarında stress əlamətlərinin olduğunu bildirirlər.