Beynəlxalq Valyuta Fondunda maliyyə dəstəyi proqramının ikinci baxış-icmalının təxirə salındığını təsdiqləyirlər
Beynəlxalq Valyuta Fondunda maliyyə dəstəyi proqramının ikinci baxış-icmalının təxirə salındığını təsdiqləyirlər

 
Beynəlxalq valyuta proqramının ikinci baxış-icmalı təxirə salınıb-bu barədə fonddan Gürcüstanın Birinci Kanalına məlumatı təsdiqləyiblər.

“Proqramın ikinci baxış-icmalının təxirə salındığını təsdiq edirik. Danışıqlar gedir” -deyə BVF-nin Gürcüstandakı missiyasından açıqlayıblar.

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası aprelin 27-dən mayın 11-dək Gürcüstanda olub. Səfərin məqsədi Gürcüstanda BVF-nin dəstəklədiyi proqramın ikinci baxış-icmalını qiymətləndirmək olub.

Mayın 11-də BVF-nin missiyasının başa çatması ilə əlaqədar Gürcüstan Milli Bankının baş ofisində yekunlaşdırıcı görüş və birgə brifinq keçirilib. Brifinqdə qeyd olunub ki, Gürcüstanın hakimiyyəti ilə BVF missiyası arasında Gürcüstana Dəstək Proqramının (Stand-By Arrangement) ikinci baxış-icmalını başa çatdırmaq üçün iqtisadi siyasət tədbirləri üzrə razılıq əldə olunub. Fondun missiyası çərçivəsində Gürcüstanın makroiqtisadi parametrləri müsbət qiymətləndirilib.

Proqramın təxirə salınması ilə bağlı Gürcüstanın Birinci Kanalı Milli Bankın izahatını da gözləyir.